Məlumata görə, 495-ci qırıcı eskadrilyaya aid təyyarələr uçuş zamanı 6 ədəd KC-135 Stratotanker yanacaq doldurma təyyarəsi tərəfindən müşayiət olunub. Qırıcılar United States Central Command (CENTCOM) məsuliyyət zonasına doğru hərəkət ediblər.
Hərbi ekspertlərin fikrincə, bu addım ABŞ-nin Yaxın Şərqdə strateji mövqeyini gücləndirmək məqsədi daşıyır. Xüsusilə İranla artan gərginlik fonunda Vaşinqtonun potensial risklərə hazır olduğunu nümayiş etdirməsi kimi şərh olunur. “F-35” qırıcılarının yerləşdirilməsi həm hava məkanında üstünlüyün təmin olunmasına, həm də siyasi-diplomatik mesajın verilməsinə xidmət edir.
Bununla yanaşı, ABŞ regiona ikinci təyyarədaşıyan zərbə qrupunu da cəlb etməyə hazırlaşır. Analitiklər hesab edirlər ki, bu tədbirlər mümkün eskalasiya risklərinə qarşı qabaqlayıcı addım olmaqla yanaşı, Yaxın Şərqdə hərbi balansın ABŞ lehinə möhkəmləndirilməsinə yönəlib.