📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir

2026-03-14 10:21:42

ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir

ABŞ Yaxın Şərq regionuna dəniz piyadalarının ekspedisiya dəstəsini və əlavə hərbi gəmilər göndərir.

APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-ın müdafiə naziri Pit Heqset Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının (CENTCOM) amfibiya-desant qrupunun və ekspedisiya dəstəsinin bölgəyə yerləşdirilməsi ilə bağlı sorğusunu təsdiqləyib.