📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Yəməndə yeraltı anbarlara hücum edib

2024-10-17 09:51:53

ABŞ Yəməndə yeraltı anbarlara hücum edib

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ husilərin Yəməndəki 5 ədəd yeraltı silah anbarına zərbələr endirdiyini bəyan edib. Bu barədə ABŞ-ın müdafiə naziri yazılı açıqlama verib. Pentaqonun başçısı Lloyd Ostinin iddiasına görə, "bu anbarlarda saxlanılan silahlarla husilər bölgədən keçən gəmilərə hücum zamanı istifadə edirmişlər". 
Hürr Tərcüman