📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Yəmənə yenidən hücum edib

2024-01-24 08:26:39

ABŞ Yəmənə yenidən hücum edib

Hurriyyet.az xəbər verir ki, ABŞ Yəmənə yeni zərbələr endirdiyini bəyan edib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı husilərin nəzarəti altındakı ərazilərdə iki ballistik raketi məhv etdiklərini də əlavə edib.
Komandanlığın X şəbəkəsindəki açıqlamasında deyilir: "Yanvarın 24-də, Səna (Yəmənin paytaxtı - red.) vaxtı ilə təqribən 02.30-da ABŞ SQ Mərkəzi Komandanlığının qüvvələri husilərin iki tankəleyhinə raketini vurublar". Açıqlamada amerikalı hərbçilərin "özünümüdafiə məqsədilə" bu addımları atdıqları bildirilir.
Hürr Tərcüman