📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Yəmənə zərbə endirdi - 38 ölü, 102 yaralı - Video

2025-04-18 09:35:23

ABŞ Yəmənə zərbə endirdi - 38 ölü, 102 yaralı - Video

ABŞ Yəməndə Ras İsa neft limanına aviazərbələr endirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” hesabında açıqlayıb.

Bildirilib ki, ABŞ Yəmənin “Ənsar-Allah” (husilər) hərəkatını terror təşkilatı elan etməsinə baxmayaraq, gəmilər həmin liman vasitəsilə yanacaq daşımağa davam edib. 

Yəmənin “Al Masirah” telekanalının məlumatına görə, ölkə ərazisinə zərbələr nəticəsində 38 nəfər həlak olub, daha 102 nəfər isə yaralanıb. 

Husilər isə öz növbəsində zərbələri “hərbi cinayət” adlandırıb və bunun cavabsız qalmayacağını bildiriblər.

Qafqazinfo.az