📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Yəməni bombaladı - ölənlər var

2025-04-07 13:18:56

ABŞ Yəməni bombaladı - ölənlər var

Hurriyyet.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Səna şəhərini bombalayıb. "Əl Məsirə" telekanalı həlak olanların və yaralananların olduğunu bildirib. Telekanal 4 nəfərin öldüyünü bildirib. Şuub rayonundakı yaşayış binasına vurulan zərbə nəticəsində 25 nəfər yaralanıb, onlardan 11 nəfəri qadın və uşaqdır. Yəmənin Səhiyyə Nazirliyi bu məlumatı təsdiqləyib.
Martın 15-də ABŞ Prezidenti Donald Tramp ABŞ qüvvələrinə Yəmənə güclü zərbələr endirmək əmri verdiyini bəyan etmişdi.
Hürr Tərcüman