📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abşeronda avtobus qəzaya düşdü: Xəsarət alan var

2024-05-17 09:07:11

Abşeronda avtobus qəzaya düşdü: Xəsarət alan var

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayonun Qobu qəsəbəsində sərnişin avtobusu digər nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1974-cü il təvəllüdlü Mehriban Nadir qızı Sultanova xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.