📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abşeronda evdən qızıllar oğurlandı: Ustalar tutuldular

2026-08-07 19:54:47

Abşeronda evdən qızıllar oğurlandı: Ustalar tutuldular

Abşeron rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 5 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Cavadov və N.Mustafayev müəyyən edilərək saxlanılıblar.

Onlar qızıl-zinət əşyalarını usta kimi işlədikləri mənzildən oğurlamaqda təqsirləndirilirlər.

Araşdırmalar davam etdirilir.