Abşeronda maşın yandı - HADİSƏNİN ANBAAN VİDEOsu
2021-11-20 11:11:00
Dünən Xırdalan şəhəri Heydər Əliyev 73 ünvanında "Daewoo" markalı maşın yanıb.
Hurriyyet.az BAKU.WS-ə istinadən xəbər verir ki, yanğın maşının mühərrik hissəsindən başlayaraq salona keçib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri əməkdaşları tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbi araşdırılır.