📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abşeronda polis ehtiyatsızlıqdan özünü öldürüb - YENİLƏNİB

2022-06-01 13:02:00

Abşeronda polis ehtiyatsızlıqdan özünü öldürüb - YENİLƏNİB

Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

............................................................................................................

Bakı-Sumqayıt yolundan Saraya gedən  istiqamətdə "Niva" markalı avtomobilin sürücüsü özünə qəsd edib.

Hadisə şahidlərinin "Hürriyyət"ə verdiyi məlumata görə, sürücü silahla özünü başından vurub.

Özünü öldürən şəxsin polis əməkdaşı olduğu deyilir.

Hazırda hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb edilib.

YƏHYA