📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abşeronda şagird məktəbdə sinif yoldaşını bıçaqlayıb polisə təslim oldu

2022-09-26 19:38:00

Abşeronda şagird məktəbdə sinif yoldaşını bıçaqlayıb polisə təslim oldu

Sentyabrın 24-də Xırdalan şəhəri 7 saylı orta məktəbdə şagird bıçaqlanıb.

Məktəbin 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü şagird sinif yoldaşı, 2005-ci il təvəllüdlü şəxsə bıçaqla xəsarət yetirib.

Hadisə saat 13 radələrində baş verib. Bıçaqlanan şagird xəstəxanaya çatdırılıb.

Sinif yoldaşını bıçaqlayan yeniyetmə hadisədən sonra Abşeron Rayon Polis İdarəsinə gedərək könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır. \\Qafqazinfo