Abşeronda vəkil saxlanıldı
2026-08-18 15:51:33
Abşeronda tanınmış vəkil saxlanılıb.
Hurriyyet.Media “Unikal”a istinadən xəbər verir ki, Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində çox sayda vətəndaş şikayətinin olduğu bildirilir. Amma vəkilin tam olaraq hansı səbəbdən saxlanılması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.