📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abşeronun baş həkimi şəhidlərin anım tədbirində qırmızı libas geyinib - ZAKİR QARALOVUN QARDAŞI QIZIDIR

2021-09-28 11:52:00

Abşeronun baş həkimi şəhidlərin anım tədbirində qırmızı libas geyinib - ZAKİR QARALOVUN QARDAŞI QIZIDIR

Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova 27 sentyabrda keçirilən Şəhidlərin anım tədbirinə qırmızı libas geyinərək gəlib. Sosial media istifadəçilərinin kəskin qəzəbinə tuş gələn Mehriban Qaralova açıq-aşkar şəhidlərə və şəhid ailələrinə hörmətsizlik edib.

"Hürriyyət"in əldə etdiyi məlumata görə, baş həkim rayonda arzuolunan kadr deyil və rayonun həkim kontingenti də onu sevmir.

Qeyd edək ki, Mehriban Qaralova keçmiş baş prokuror Zakir Qaralovun qardaşı qızıdır.

YƏHYA