📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞTramp onları hədəf aldı: İranla müharibədə dəstək verməyənlər...

2026-03-18 17:58:29

ABŞTramp onları hədəf aldı: İranla müharibədə dəstək verməyənlər...

ABŞ prezidenti Donald Tramp İranla münaqişə fonunda kifayət qədər dəstək göstərmədiyini düşündüyü tərəfdaş ölkələri tənqid edib.

Publika.az xəbər verir ki, o, bu barədə mövqeyini "Truth Social" platformasında paylaşıb.

ABŞ lideri bildirib ki, əgər Vaşinqton İranı məğlub edərsə, bundan faydalanan, lakin dəstək verməyən müttəfiqlər addım atmağa məcbur qalacaqlar:

“Bu, tezliklə bəzi passiv müttəfiqlərimizin daha fəal olmasına səbəb olacaq”, - deyə Tramp yazıb.

Ağ Ev daha əvvəl NATO üzvü olan ölkələri və digər müttəfiqləri Hörmüz boğazında gəmiçiliyin qorunması üçün kifayət qədər iştirak etmədiklərinə görə tənqid etmişdi.