📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Abzas media” işi çərçivəsində saxlanılan Elnarə Qasımova barəsində həbs qətimkan tədbiri seçilib

2024-01-15 19:32:03

“Abzas media” işi çərçivəsində saxlanılan Elnarə Qasımova barəsində həbs qətimkan tədbiri seçilib

Məhkəmə “Abzas media” işi çərçivəsində saxlanılan Elnarə Qasımova haqqında qərar qəbul edib.

Xətai rayon məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E.Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, E.Qasımovaya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. \\Report.Az