“Abzas Media”nın ofisində 40 min avro tapılıb – Məhkəmənin qərar verəcəyi gözlənilir
2023-11-20 17:29:20
Bu gün hüquq mühafizə orqanlarının əməkdaşları “Abzas Media” saytının ofisində və onun direktoru Ülvi Həsənlinin mənzilində axtarış aparıb.
Ü. Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib ki, ofisdə 5 saat davam edən axtarış zamanı polis əməkdaşları 40 min avro pul aşkarlayıblar.
Vəkil iddia edib ki, həmin vəsait “Abzas Media”ya aid deyil.
Qeyd edək ki, Ülvi Həsənli Binəqədi rayon məhkəməsinə aparılıb. Onun haqqında həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.
“Abzas Media”nın ofisində və Ü. Həsənlini mənzilində aparılan axtarışla bağlı hüquq mühafizə orqanlarının məlumat yayacağı gözlənilir.
Azpolitika.info