AÇ-2024 izləyən zaman quldurlar italyan əfsanənin evinə soxuldu
2024-06-21 19:10:10
İtaliyalı əfsanə Roberto Baggionun evi qarət olunub.
Hadisə dünən gecə, 57 yaşlı sabiq futbolçu və ailəsi AÇ-2024 oyunu izləyən zaman baş verib. Azı 5 nəfər şəxs evə soxulub. Oğruların qarşısını almaq istədikdə, onlar Robertonun başına zərbə endiriblər.
Hadisədən sonra italiyalı dərhal xəstəxanaya yerləşdirilib və başına tikiş atılıb.
Polis araşdırma aparır.
\\Offsideplus.az