AÇ: Azərbaycan millisinin rəqibləri bəlli oldu
2022-11-16 23:07:00
Qadın voleybolçular arasında 2023-cü il Avropa çempionatının püşkü atılıb.
İtaliyanın Napoli şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
Yığmamız C qrupunda Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstan kollektivləri ilə mübarizə aparacaq.
Avropa çempionatı Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə ev sahibliyi ilə təşkil olunacaq. \\Fanat.Az