📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Açılan yeni səhifə bütövlükdə Qafqaz üçün sülh və sabitlik gətirə bilər" - VÜQAR BAYRAMOV

2023-09-21 12:49:19

"Regiondakı yeni düzən Azərbaycanın geosiyasi mövqeyini daha gücləndirməkdədir"

"Bu gün Qarabağ üçün tarixi günlərdən biridir. Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir. Bu reinteqrasiyanın başlanğıcıdır". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili hesab edir ki, açılan yeni səhifə yalnız Qarabağ üçün deyil, bütövlükdə Qafqaz üçün sülh və sabitlik gətirə bilər: "44 günlük Vətən Müharibəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan 24 saatlıq anti-terror əməliyyatlarından sonra Qarabağda suveren hüquqlarını tam formalaşdırır. Bu artıq yeni mərhələ, yeni çağrışlardır. Regiondakı yeni düzən Azərbaycanın geosiyasi mövqeyini daha gücləndirməkdədir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az