📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Açıq ÇAĞIRIŞ EDİLDİ: Putini öldürün - "Cəsarətli generalınız yoxdurmu?"

2022-03-04 21:49:00

Açıq ÇAĞIRIŞ EDİLDİ: Putini öldürün -

ABŞ-ın Respublikaçılar partiyasının üzvü, nüfuzlu siyasətçi Lindsi Qrem rusları prezident Vladimir Putini qətlə yetirməyə çağırıb.

Bu barədə o sosial media hesabında paylaşım edib:

“Rusiya ordusunda Ştauffenberq kimi təcrübəli general yoxdurmu? Bu işin sona çatmasının tək yolu Rusiyadakı birinin bu adamı ortadan qaldırmasıdır. Ölkənizə və dünyaya böyük xidmət etmiş olacaqsınız. Bunu ancaq rus xalqı edə bilər. Demək asandır, həyata keçirmək isə çətin. Gələcəyinizi qaranlıq içində yaşamaq istəmirsinizsə bu addımı atmalısınız”.

Qeyd edək ki, Klaus Şenk Ştauffenberq faşist Almaniyasının generalı idi. O, Adolf Hitlerə qarşı edilən 20 iyul sui-qəsd cəhdinin əsas memarlarından idi. Lakin sui-qəsdin qarşısı alınmışdı. \\Metbuat