📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Açıq sərhədlər dövlətləri məhv edir” - Tramp

2026-11-23 10:13:25

“Açıq sərhədlər dövlətləri məhv edir” - Tramp

ABŞ Prezidenti Donald Tramp sərt miqrasiya siyasətinə sadiq olduğunu bir daha bəyan edib.

Hurriyyet.net  xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” hesabında paylaşım edib.

“Açıq sərhədlər dövlətləri məhv edir! Mən hakimiyyətə gələnə qədər ABŞ də belə ölkələrdən birinə çevrilməyə çox yaxın idi”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəl də bir sıra ölkələri, o cümlədən Avropadakı müttəfiqlərini yumşaq miqrasiya siyasətinə görə dəfələrlə tənqid edib.