📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Acun Azərbaycan əsilli olduğunu açıqladı - Video

2021-09-16 15:12:00

Acun Azərbaycan əsilli olduğunu açıqladı - Video

TV 8-in rəhbəri Acun Ilıcalı Azərbaycan əsilli olduğunu açıqlayıb.

Hurriyyet.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə o, sahibi olduğu telekanalda yayımlanan “2. Sayfa” verilişində qonaq olarkən bildirib.

Heç bir estetik əməliyyat keçirməyən tanınmış sima bunu genetik şansla əlaqələndirib:

“Estetik etdirməmişəm. Ailədən qaynaqlanan avantaj ola bilər. Məncə, bir az genetik şansdır. Atalarımızda Azərbaycandan gəlmə kökümüz var. Bəlkə, bundandır. Dünyanın ən sağlam adamı deyiləm. Amma yaşıma görə pis görünmürəm, yaxşıyam”.