📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ada ilə qəzada həlak olan şəxs iş adamının oğlu deyil - Video

2026-11-23 19:09:18

Ada ilə qəzada həlak olan şəxs iş adamının oğlu deyil - Video

Gecə saatlarında iki nəfərin ölümü ilə nəticələnən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı iddialar yayılıb.

Hurriyyet.net  xəbər verir ki, Alik Kərimovun oğlu, “Metak” şirkətinin icraçı direktoru Aydın Kərimov sosial şəbəkədə video paylaşaraq yayılan iddiaları təkzib edib.

“Bir çox xəbər saytları indi mənim barəmdə yanlış məlumat yayırlar. Bu gün faciə baş verib, Allah rəhmət eləsin həmin şəxslərə, ailə üzvlərinə Allah səbr versin. Bizim ailəmizə heç bir aidiyyəti yoxdur. Çox adam narahat olur, zəng edir, çox sağ olun”, - o bildirib.

Qeyd edək ki, ARB TV-nin keçmiş aparıcısı Ada Süleymanova dostları ilə doğum gününü qeyd etdikdən bir neçə saat sonra qəza keçirib və həyatını itirib. O, sərnişin qismində olub. Avtomobili isə Anar Alik oğlu Kərimov idarə edirmiş.