📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ADAU-ya yeni təyin olunan rektor Zəfər Qurbanov həbsdə olan icra başçısının yaxınlarına sahib çıxır - İDDİA

2023-11-14 13:00:27

ADAU-ya yeni təyin olunan rektor Zəfər Qurbanov həbsdə olan icra başçısının yaxınlarına sahib çıxır - İDDİA

Məlumdur ki, Prezident İlham Əliyev 06 sentyabr 2022-ci iltarixdəİbrahim Həsən oğlu Cəfərovun Azərbaycan Dövlət AqrarUniversitetinin (ADAU) rektoru vəzifəsindən azad edilməsihaqqında Sərəncam imzaladı və həmin vaxtdan Zəfər Qəzənfər oğlu Qurbanov ADAU–da rektor vəzifəsini icra edirdi.

Qeyd edək ki, sabiq kənd təsərrüfatı naziri İnam Kərimov bu şəxsi 06 sentyabr 2022-ci il tarixdən müvəqqəti olaraq rektor vəzifəsinə təyin etmişdi. 31 avqust 2023-cü il tarixdə isə, Zəfər Qurbanovun ADAU –nun rektoru vəzifəsinə təyin olunması ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Hal- hazırda bu şəxs özündən əvvəlki rektor İbrahim Cəfərovun ənənələrini davam etdirməkdədir. 

Yəni, Zəfər Qurbanov bugünkü vəzifəsinə təyin olunan kimi ilk addımlardan biri, bəlkə də birincisi İbrahim Cəfərovun zamanında “lazımı” vəzifələrdə oturanlardan birini işdən çıxartmaq oldu. Hansıki, bu şəxs insan resursları şöbəsinə rəhbərlik edən Kəmalə xanımı, hal–hazırda həbsdə olan Şəmkir RİH-nin sabiq başçısı Alimpaşa Məmmədovun yaxın çevrəsindən olan, eyni zamanda sabiq icra başçısının dönəmində RİH-də şöbə müdiri vəzifəsində çalışmış Günay Rəfiyeva ilə əvəzlədi. 

Redaksiyamıza daxil olan məlumatlarda o da qeyd olunur ki, Günay Rəfiyevanın həyat yoldaşı Alimpaşa Məmmədovun forel balıq yetişdirmə təsərrüfatına rəhbərlik edən şəxsdir. Yeri gəlmişkən, Kəmalə xanım Tağızadə də öz növbəsində sabiq rektor İbrahim Cəfərovun qızının baldızı idi. Yəni,  sabiq rektor da yaxınlarını öz dönəmində işlə təmin  etdirmişdir.

Yenicə sərəncam alan rektorun “işgüzarlığı” bununla bitmir. O , artıq əlini - ətəyini yığıb daha başqalarınada ərizələrini yazmağə tapşırığı verərək yeni “iş yerlər”ini açmaq niyyətindədir. Hələ bu harasıdır, kiminə universitin verəcəyini söz versədə qaytarmaq fikri yoxdu. Əksinə bu gün təcrübə sahələrinə getmək üçün nəqliyyat vasitələrinə ayrılan vəsaitə belə əl vurmağa icazə verilmir, və ya vəsait ayrılmır.

Yəni ki, “israfçılıq etməyək” prinsipi əsas götürülür. Xatırladım ki, ADAU nəinki ölkəmizdə, eləcədə Zaqafqaziyada kənd təsərrüfatı üzrə kadr yetirən ən reytinqlı ali təhsil ocağı sayılır. Bu gün qeyri neft sektorunun inkişafı üçün nəzərdə tutulan kadrlarda məhz bu təhsil oçağında yetirilməsi nəzərdə tutulduğu halda, tələbənin bilik bacarığını təcrübə vasitəsilə əldə etməlidir. Zəfər Qurbanovun kənd təsərrüfatından deyil, neft sektorundan gəlməsi bu kimi məsələrərdən yan keçməsinə gətirib çıxarır.

Nə isə daha nələr-nələr...

Ardı var.

globall.az