📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Adəm Məmmədova yenidən cinayət işi açıldı - Axtarışa verildi

2026-11-20 14:13:25

Adəm Məmmədova yenidən cinayət işi açıldı - Axtarışa verildi

Keçmiş vəkil Adəm Məmmədov  yenidən cinayət işi açılıb.

Hurriyyet.net  əldə etdiyi məlumata görə, A.Məmmədov bu dəfə sağlamlığa zərər vurmaqda ittiham olunur.

Onun barəsində Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Adəm Məmmədov istintaqdan qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmayıb, prokurorluq tərəfindən axtarışa verilib.

Qeyd edək ki, A.Məmmədov ötən il 6 ay həbsdə olub. Cinayəti ilə bağlı Vəkillər Kollegiyasından xaric edilən  Məmmədovun sonradan ölkədən getdiyi bildirilir.

İndiki cinayət işində isə o, bir nəfərin üstünə hücum çəkib, sağlamlığına ziyan vurmaqda təqsirləndirilir. Hazırda hərtərəfli istintaq aparılır.