📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ADƏM OĞLU

2023-04-06 10:04:00

ADƏM OĞLU

İnsanlar fərqli-fərqlidir,
Məhəmmədtək öncüsü var,
Nəvəsinin başın kəsən,
Qan içəni, iblisi var.

Pişiyinə balam deyən,
Özgəsinə malam, deyən,
Soy-kökündən bixəbəri,
Atasına cinlisi var.

Ogurlayıb gecə-gündüz,
Xalq varını, dövlətini,
Mənim bilib, arsız-arsız,
Gözə soxan dinlisi var.

Zibilliklə dolananı,
Ac, mədəsi bulananı,
Səfil olub yol alanı,
Şükür-şükür, deyib-duran,
Əsl Allah yönlüsü var.

ŞAMİL