Adı qalmaqallarda hallanan direktor İŞDƏN ÇIXARILDI
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ-un direktoru Həqiqət Qədirova vəzifəsindən azad edilib. Bu barədə Anews.az məlumat əldə edib.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova faktı təsdiqləyib.
Həqiqət Qədirova 2017-ci ildən bu vəzifədə çalışırdı. 2018-ci ildə institutun direktoru Həqiqət Qədirova tərəfindən xüsusi ittiham qaydasında işdən azad edilsə də, məhkəmə qərarı ilə 2019-cu il noyabrın 30-da Ağciyər Xəstəlikləri İnstitutunda yenidən əmək fəaliyyətinə başlayıb.
Həqiqət Qədirova həm də Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının, eləcə də B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın üzvüdür. Bu vəzifəyədək Həqiqət Qədirova Respublika QİÇS-lə Mübarizə Mərkəzinə direktoru vəzifəsində çalışıb.
Son zamanlar Qədirova ilə bağlı sosial şəbəkələrdə şikayətlər yayılmışdı. İnstitut işçiləri Həqiqət Qədirovanın təzyiqlərinə dözə bilməyən həkim Səbinə Məmmədovanın intihara cəhd etdiyini də iddia edirdi.