Adı "Qarabağ"la hallanan futbolçu Bakıya gəlib
2024-07-30 20:54:23
"Sabah" klubunun sabiq futbolçusu Aleksey Kaşuk Bakıdadır.
Hurriyyet.az-ın məlumatına görə, ukraynalı yarımmüdafiəçi hazırda "Qarabağ"ın Cəbəllütariqin "Linkoln" komandasına qarşı Çempionlar Liqasının II təsnifat mərhələsinin oyununu izləyir.
Onun adı daha əvvəl "Neftçi" və "Qarabağ"la hallanıb.