Adil Kərimli hindistanlı həmkarı ilə görüşdü
2026-11-21 18:25:49
Yeni Delhidə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri Qacendra Sinq Şekhavat ilə görüşüb.
Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Adil Kərimli forumun təşkilinə və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycan-Hindistan mədəni əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər mədəniyyət günlərinin, birgə sərgilərin və festivalların təşkili, eləcə də muzey, kitabxana və digər sahələr üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

