Adını cüdo tariximizə yazdırdı... - Video
2026-10-05 10:12:37
Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin üzvü Əhməd Yusifov Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının qalibi olub.
Hurriyyet.net xəbər verir ki, -60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd cüdo üzrə dördüncü dünya çempionumuz kimi adını tarixə yazdırıb.
İndiyədək isə Elxan Məmmədov (2013), Hidayət Heydərov və Zelim Kotsoyev 2024 bu uğura imza atmışdılar.