📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ADSEA-da yeni Aparat rəhbəri oldu

2026-11-25 23:12:35

ADSEA-da yeni Aparat rəhbəri oldu

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə yeni Aparat rəhbəri təyin olunub.

Hurriyyet.net  İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin sədri Səbuhi Sadıqov əmr imzalayıb.

Əmrə əsasən, Əhməd Talıbov Agentliyin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bu təyinata qədər Agentliyinin Strateji planlama və maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.