📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ADY-nin Astara Terminalında yük aşırılması 30% artıb

2026-09-22 15:45:33

ADY-nin Astara Terminalında yük aşırılması 30% artıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İran ərazisində yerləşən Astara Terminalında 2026-cı ilin yanvar-avqust aylarında 537 min tondan çox yük aşırılıb.

Hurriyyet.media ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% çoxdur.

Məlumata görə, yalnız 2026-cı ilin avqust ayında terminalda 76 min ton yük aşırılıb. Bu göstərici illik müqayisədə 50% artıb.