📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ADY taxıl daşımalarını artırıb

2026-04-10 18:50:11

ADY taxıl daşımalarını artırıb

ADY tərəfindən 2026-cı ilin mart ayında 152 min tona taxıl və dənli bitkilər daşınıb. 

Musavat.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 18% artım deməkdir.

Tranzit rejimdə daşınmış analoji yüklərin həcmi martda 28 116 ton olub - 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27%, o cümlədən Şimal-Cənub dəhlizi üzrə 190%, Şimal-Qərb istiqamətində isə 3% artıb.