📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aeroport yolunda qəza tıxaca səbəb olub

2024-07-06 13:50:11

Aeroport yolunda qəza  tıxaca səbəb olub

Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Bununla yanaşı, digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən şosenin hər iki istiqamətində bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.