Aeroport yolundakı qəzada yaralananların vəziyyəti açıqlandı - Yenilənib
2022-03-16 16:43:00
Bakıda aeroport yolunda ağır qəza baş verib.
Hurriyyet.az-ın məlumatına görə, betonqarışdıran maşın yolda hərəkətdə olan minik avtomobilinin üstünə aşıb.
Bakı şəhər DYPİ-nin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, betonqarışdıran maşın "Opel" markalı maşının arxasından dəyib. Toqquşmanın təsirindən betonqarışdıran maşın minik avtomobilinin üstünə aşıb, yaralılar var.
Hadisə yerinə Suraxanı RPİ və FHN əməkdaşları cəlb olunub. Hazırda yolda hərəkət DYP tərəfindən tənzimlənir.
***
3 saylı Şəhər Klinik Xəstəxanasından bildirilib ki, yaralılardan ikisi müayinə olunaraq evə buraxılıb, digərinin isə müalicəsi davam edir. Vəziyyətləri kafidir.