📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aeroportda atışma: Ölən var

2023-06-30 19:10:00

Aeroportda atışma: Ölən var

Silahlı şəxs hava limanında qətl törətdi.

Moldova polisinin yaydığı məlumata görə, Kişinyov hava limanında atışma olub, sərnişinlər təxliyyə edilib.

İlkin məlumata görə, silahlı şəxs ölkəyə girişi qadağan olunmuş əcnəbidir. O, sərhədçiyə atəş açıb və otaqlardan birində barrikada qurub.

Sərhədçi dünyasını dəyişib.

Moldova Daxili İşlər Nazirliyinin məlumatına görə, xüsusi xidmət orqanları atıcının özünü barrikada qurduğu binaya basqın etməyə hazırlaşır.

Hazırda əməliyyat davam etdirilir.\\Oxu24.com