Aeroportda qara görə dam çökdü - Video
2022-01-24 21:35:00
İstanbul hava limanının karqo terminalında çökmə baş verib.
Hava limanında "Turkish cargo”ya xidmət göstərən müəssisənin damı qar kütlələri və fırtına səbəbindən çöküb.
Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Qafqazinfo