📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Afaq Bəşirqızı uzun fasilədən sonra səhnədə

2026-01-31 22:37:13

Afaq Bəşirqızı uzun fasilədən sonra səhnədə

Xalq artisti Afaq Bəşirqızı uzun müddət sonra yenidən teatr səhnəsinə qayıdıb.

Publika.az xəbər verir ki, aktrisa Akademik Musiqili Teatrda "Zal qızı Zalxa" tamaşasında oynayıb.

Uzun müddətdir səhhətindəki problemlə əlaqədar səhnədən uzaq qalan Bəşirqızı ötən gün tamaşaçılarla görüşüb. Aktrisa səhnəyə əsa ilə çıxıb.

Yazıçı-dramaturq Əli Əmirlinin "Yeddi məhbusə anası" pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Qeyd edək ki, A.Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ayaqlarında ciddi problem olduğunu açıqlamışdı.