📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Afaq Gəncəlidən "Xəzər TV"dən getmə xəbərinə reaksiya

2024-07-26 22:06:01

Afaq Gəncəlidən

Aparıcı Afaq Gəncəli Xəzər TV-dən çıxması ilə bağlı xəbərlərə son qoyub. 

Bu haqda açıqlama yayan aparıcı hələ də kanalın işçisi olduğunu bildirib. 

"Xəzər TV-nin əməkdaşıyam, kanalı tərk etməmişəm. Belə bir fikrim də yoxdur" deyə, Afaq əlavə edib.

Qeyd edək ki, Afaq sözügedən kanalda əvvəlcə maqazin, daha sonra səhər proqramı aparıb. O, son bir ildir efirə çıxmır. (Axşam.az)