📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AFFA bir klubun iki oyundakı nəticələrini ləğv etdi

2026-03-18 19:48:38

AFFA bir klubun iki oyundakı nəticələrini ləğv etdi

AFFA aşağı yaş qruplarında çıxış edən "Çinar" klubunu texniki məğlubiyyətlə cəzalandırıb.

Modern.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

U-13 Liqasında çıxış edən "Çinar" komandası "transfer pəncərəsi"nin bağlı olduğu bir vaxtda qeydiyyatdan keçirilmiş 4 futbolçunu yaşıl meydana buraxdığı üçün bu cəzaya layiq görülüb. Həmin oyunçuların 7 mart tarixində "Yasamal FM" və 14 martda "Qoşqar" komandaları ilə baş tutan qarşılaşmalarda iştirak etməsi mövcud əsasnamənin kobud şəkildə pozulması kimi dəyərləndirilib.

Məhz bu qayda pozuntusuna görə, qeyd olunan hər iki matçın yekun nəticələri tamamilə ləğv edilib və "Çinar" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.