AFFA-dan Premyer Liqa klubuna sərt cəza
2023-12-25 21:22:00
Bildiyiniz kimi, "Araz-Naxçıvan"ın futbolçusu Tural Bayramlı "Səbail"i AFFA Apellyasiya və Arbitraj Məhkəməsinə şikayət etmişdi.
Yarımmüdafiəçi Bakı təmsilçisinin onunla olan müqaviləsini qanunsuz pozduğunu bildirərək əvvəlcə Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdi. Lakin qurum "Səbail"i bu məsələdə haqlı hesab etmişdi. AFFA Apellyasiya və Arbutraj Məhkəməsi oyunçunun xeyrinə qərar verib. "Səbail" Tural Bayramlıya müqaviləni şərtlərinə əməl etmədiyi üçün yüksək məbləğdə kompensasiya ödəyəcək.
Qeyd edək ki, bu məlumat yaxın vaxtda AFFA-nın rəsmi saytında öz əksini tapacaq. \\Offsideplus.az