📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AFFA İdman Akademiyası ilə birgə məşqçi kursu keçirir

2025-04-05 19:20:22

AFFA İdman Akademiyası ilə birgə məşqçi kursu keçirir

Azərbaycan İdman Akademiyası (ASA) ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə əməkdaşlığı çərçivəsində UEFA-nın “C” kateqoriyalı məşqçi kursu keçiriləcək.

Məşğələ 7 aprel - 30 iyun tarixləri arasında təşkil ediləcək.

Kurs akademiyanın “Məşqçilik” (futbol) ixtisası üzrə bakalavriat səviyyəsinin IV kurs tələbə və məzunlarını əhatə edəcək.

Bununla əlaqədar ASA-nın Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektoru Rafail Novruzov və “Məşqçilik” tədris proqramının rəhbəri İlqar Əliyev kursun başlaması ilə bağlı çıxış ediblər.

Daha sonra AFFA-nın təlimçiləri Cahangir Həsənzadə, Aslan Kərimov və Osman Rəhimovun ASA-nın professor-müəllim heyətindən seçilən kursun təcrübi hissəsində iştirakçılarla işləyəcək metodist-təlimatçılarla görüşü olub. \\Fanat.Az