📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AFFA Santuşa ödədiyi təzminatı açıqladı

2025-10-11 11:19:01

AFFA Santuşa ödədiyi təzminatı açıqladı

AFFA milli komandanın baş məşqçisi postundan istefaya göndərilən Fernandu Santuşa təzminatı ödəyib.

Hurriyyet.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.Bildirilib ki, onunla müqavilədə yer alan bütün şərtlərə əməl edilib.

AFFA rəsmi şəkildə bu məbləği açıqlamasa da, əldə etdiyimiz məlumata görə, ona 1 milyon 800 min avro (3 milyon 700 min manat) təzminat ödənilib.

Xatırladaq ki, Fernandu Santuş ötən ayın 8-i istefaya göndərilib.

Qafqazinfo.az