📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AFFA "Turan Tovuz"u Berdiyevə görə cərimələdi, "Qəbələ"yə xəbərdarlıq etdi

2026-02-11 16:05:04

AFFA

AFFA "Turan Tovuz" klubunu ümumilikdə 12500 manat cərimələyib.

Publika.az  xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar verilib.

Azərbaycan Kubokunda 1/4 finalın "Kəpəz"lə ilk görüşünün 41-ci dəqiqəsində Tovuz komandasının məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb və klub 2500 manat cərimə edilib.

Görüşün 64-cü dəqiqəsində "Turan Tovuz" komandasının baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyunluq diskvalifikasiya edilib, "Turan Tovuz" 10000 manat cərimələnib.

Bundan başqa, "Qəbələ"yə xəbərarlıq edilib. Səbəb qonaqların 1/4 finalın ilk görüşü çərçivəsində keçirilən "Sabah"la oyunda təyin edilmiş vaxtdan gec gəlməsi olub.