📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Afinada yəhudi mərkəzinə hücumun müəllifi SEPAH-dır

2023-04-05 15:11:00

Afinada yəhudi mərkəzinə hücumun müəllifi SEPAH-dır

Bir neçə gün öncə Afinada yəhudi mərkəzinə qarşı planlaşdırılan terror aktının müəllifi SEPAH komandiri olub.
Bu barədə İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmilərindən biri məlumat verib.
Onun sözlərinə görə, əməliyyata İranın Qum şəhərində yaşayan Pakistan əsilli 65 yaşlı Məhəmməd Mohsen Rza başçılıq edib:
Həmin şəxs SEPAH-ın tapışırığı ilə pakistanlılardan ibarət terror qrupu yaradıb və dünyanın müxtəlif ölkələrində yəhudilərə qarşı terror əməliyyatları planlaşdırıb”.
Qeyd edək ki, ötən həftə Yunanıstanın təhlükəsizlik qüvvələri Afinada yəhudi restoranı və sinaqoq da daxil olmaqla yəhudi və İsrail mərkəzlərinə hücum etməyi planlaşdıran iki şəxsi həbs etmişdi.

Ülviyyə, Hurriyyet.az