Afrikada fəlakət! Onlarla insan həlak oldu
2022-01-27 19:08:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Afrikanın cənub şərqini təsiri altına alan “Ana” tropik fırtınası səbəbindən Madaqaskar, Mozambik və Malavidə ən azı 46 nəfər həlak olub.
Madaqaskarda ən azı 34 nəfərin həlak olduğu, 65 min nəfərin evsiz qaldığı bildirilir.
Mozambik rəsmiləri 8 vətəndaşın həlak olduğu və 54 nəfərin yaralandığını xəbər veriblər. Bu ölkədə 20 mindən artıq insan “Ana” qasırğasından zərər çəkib, 3 mindən artıq ev qismən dağılıb.
Malavidə ən azı 4 nəfər insan təbii fəlakət səbəbindən həyatını itirib.
Üç ölkədə ümumilikdə 46 nəfər həlak olub.
Hürr Tərcüman