Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər
2024-05-15 00:43:26
ABŞ Gürcüstanda "xarici agentlər haqqında" qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, bu ölkə ilə münasibətləri əsaslı şəkildə dəyişə bilər.
Bu xəbərdarlığı Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə edib.
"Bu qanun layihəsi qəbul olunarsa, bizi Gürcüstanla münasibətlərimizə yenidən baxmağa məcbur edəcək", - sözçü deyib.
Qeyd edək ki, Gürcüstan parlamenti bu gün "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib. \\Ölkə.az