📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağ ev: “Hizbullah”ın döyüşlərə girməsi Livan üçün ağlasığmaz dağıntılara yol açacaq

2023-11-03 23:45:59

Ağ ev: “Hizbullah”ın döyüşlərə girməsi Livan üçün ağlasığmaz dağıntılara yol açacaq

“Hizbullah” partiyasının yaraqlı qanadının İsrail Müdafiə Qüvvələri ilə döyüşlərə girməsi Livanı ağlasığmaz dağıntılarla üz-üzə qoyacaq.

Bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer ABŞ lideri Cozef Baydenin çıxışı nəzərdə tutulan Men ştatına uçan prezident təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

“Bu münaqişə Livan və İsrail arasında 2006-cı ildəkindən daha qanlı müharibəyə çevrilmə potensialına malikdir. Buna görə də Birləşmiş Ştatlar bu münaqişənin Livana yayılmasını görmək istəməzdi, Livan və onun xalqı üçün mümkün dağıntılar ağlasığmaz olardı”, – o qeyd edib. \\Report.Az