📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağ Ev İlham Əliyevlə Paşinyanın əl sıxışdığı fotonu paylaşıb

2026-02-20 21:08:22

Ağ Ev İlham Əliyevlə Paşinyanın əl sıxışdığı fotonu paylaşıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Evin sosial şəbəkələrdəki səhifəsində ötən gün Vaşinqtonda keçirilən Sülh Şurasının birinci iclası ilə bağlı paylaşım edib.

Hurriyyet.org  xəbər verir ki, Ağ Evin paylaşdığı tarixi fotolar arasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın əl sıxışdığı foto da yer alıb.

"Sülhdən daha vacib heç nə yoxdur. Bugünkü görüş sübut edir ki, qətiyyətli rəhbərliklə qeyri-mümkün heç nə yoxdur. Mən vəzifəyə başlayanda Qəzzada şiddətli müharibə gedirdi..... Qəzzada müharibə bitib", - Ağ Ev ABŞ Prezidenti Donald Trampın sözlərindən sitat gətirib.