📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağ Ev: "İran Ukrayna xalqının qətlində əlbirdir"

2022-11-03 10:04:00

Ağ Ev:

"Amerika İranın Rusiyaya ballistik raketlər göndərməsindən narahatdır".

Hurriyyet.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi deyib.

İranın Rusiyaya raket və dronlar də daxil olmaqla, silah-sursat göndərməsinə toxunan Ağ Ev rəsmisi bəyan edib ki, Tehran Rusiyaya kamikadze pilotsuz təyyarələr verməklə ukraynalıların öldürülməsində Moskva ilə əlbirdir.

“İran rejimi rusları silahlandırmaqla günahsız ukraynalıların öldürülməsində iştirak edir və əslində Tehrandakı hakim rejim açıq şəkildə və həvəslə Ukrayna torpaqlarında günahsız vətəndaşların qətliamında rol oynayır" – deyə Kirbi qeyd edib.

Bizim.Media